Rusiyalı biznesmenlərin aktivləri Ukraynanın xeyrinə müsadirə edilə bilər

 

Dekabrın 22-də ABŞ Konqresinin Senatı 2023-cü ilin federal büdcəsi haqqında qanun layihəsinə Rusiya iş adamlarının dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsi üçün müsadirə edilməsinə imkan verən təşəbbüsün daxil edilməsinə səs verib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə jurnalist Kreyq Kaplan tviterdə yazıb.

“Senat Rusiya oliqarxlarının aktivlərinin Ukraynaya humanitar və hərbi yardım məqsədilə ötürülməsi üçün müsadirə edilməsinə və satışına icazə verən düzəlişi yekdilliklə təsdiqləyib”, - jurnalist sosial şəbəkədə qeyd edib.

Senat yekun büdcə layihəsinə dekabrın 22-də daha sonra baxacaq.(Report)

0.12914204597473