BMT, yaxud ATƏT Qarabağa faktaraşdırıcı missiya göndərə bilərmi?

 

Asif Nərimanlı: 

Paşinyan “Qarabağa və Laçın dəhlizinə BMT-nin və ya ATƏT-in faktaraşdırıcı missiyasının göndərilməsinin vacibliyi” haqda çıxış edib: BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə də İrəvan eyni tələblə çıxış etmişdi;
Bu istək beynəlxalq ictimaiyyəti Qarabağda praktiki addımlara cəlb etmək niyyətindən irəli gəlir. Çünki Xankəndi yolunda keçirilən aksiyanı Fransanın dəstəyi ilə BMT TŞ-nin müzakirəsinə çıxara bilsələr də, faktiki olaraq ümumi çağırışlardan başqa heç nəyə nail ola bilmədilər.
BMT, yaxud ATƏT Qarabağa faktaraşdırıcı missiya göndərə bilərmi?
Ermənistanın istəyi-tələbinə baxmayaraq, buna nail olması çətindir:
Birincisi, BMT-nin “faktaraşdırıcı missiya”, yaxud müşahidəçilərinin göndərilməsi məsələsi Təhlükəsizlik Şurasında yekdilliklə qəbul olunmalıdır: belə yekdil mövqenin tapılması problemlidir;
İkincisi, TŞ üzvü olan Rusiya buna qarşı mövqe sərgiləyə bilər: Qarabağda sülhməramlılarını yerləşdirən Moskva digər ölkələrin, yaxud təşkilatların proseslərə qoşulmasını bölgədəki maraqlarına müdaxilə olaraq görür;
Üçüncüsü, Qarabağa hansısa missiyanın göndərilməsi üçün Azərbaycanın razılıq verməsi lazımdır;
ATƏT-in proseslərə müdaxiləsi də bu kontekstdə mümkünsüz görünür, xüsusilə rəsmi Bakının icazəsinin həlledici amil olması fonunda.
Paşinyanın bu açıqlaması daha çox siyasi manevr xarakteri daşıyır: erməni ictimaiyyətində “baş verənlərə görə Rusiya günahkardır” və “Qarabağdakı ermənilər üçün əlimizdən gələni edirik” rəyini yaradır; eyni zamanda, Moskvaya “siz bacarmırsınızsa, üçüncü tərəfləri prosesə qoşa bilərik” mesajı verməklə rusların aksiyaya qarşı hərəkətə keçməsinə sövq etmək istəyir;

Demokratikmusavat.com

0.15630507469177