“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade karyerasını Rusiyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçu bu ölkənin “Krasnodar” klubunun maraq dairəsinə düşüb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Xatırladaq ki, Andrade bu ilin yanvar ayında Bolqarıstanın “Çerno More” klubundan “Qarabağ”a gəlib. Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa kimi nəzərdə tutulub. Məşhur “Transfermarkt” portalı Leandronun transfer qiymətinin 500 min avro olduğunu yazıb.
Andrade bu mövsüm “Qarabağ”ın heyətində meydana çıxdığı 15 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.