Daxildəki xəyanətkar qüvvələrin “fəaliyyəti” iflasa məhkumdur - AÇIQLAMA

 

“On gündən çoxdur ki, Azərbayan vətəndaş cəmiyyətinin nümayəndələri, ekoaktivistlər Xankəndi-Laçın yolunda dinc aksiya keçirməkdədir.

Məqsəd isə hamıya məlumdur: erməni separatçılarının ekoloji terroruna beynəlxalq aləmin diqqətini cəlb etməkdir. Dinc aksiyanın məqsədi heç də ermənilərin iddia etdiyimi kimi yolu bağlamaq və ya humanitar fəlakət törətmək deyil.

Çünki indiyədək həmin yoldan xeyli sayda humanitar yük daşınıb və dinc insanlar keçib. Yolu biz yox, Azərbaycan ərazilərində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları bağlayıb. Odur ki, hayların hay-küyləri əsassız və absurddur”.

Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Cavid Osmanov deyib.

O təssüflə qeyd edib ki, 30 ildə olduğu kimi, biz yenə də beynəlxalq aləmin ikili standartlarının, məsələyə qərəzli yanaşmasının və riyakar mövqe sərgiləməsinin şahidi olmaqdayıq.  

“Erməni lobbisinin, diasporunun təsiri altında olan xarici ölkə senatorları, konqresmenləri, təşkilatlar və ölkələr məsələyə başqa don geyindirib, bu yolla Azərbaycana təzyiq etməyə çalışırlar”, - o qeyd edib.

O əlavə edib ki, bütün bu deyilənlərə baxmayaraq Azərbaycan haqlı mübarizəsini sonadək davam etdirəcək: “Hər zaman olduğu kimi, biz yenə də erməni lobbisinin maliyyəsi ilə rahat həyat şəraətini təmin edən və onların tezisi ilə işləyən daxilədəki “sapı özümüzdən olan baltalar”ın  “fəaliyyəti”ni müşahidə etməkdəyik.

Onlar ermənilərdən aldığı tezis əsasında Azərbaycanın haqq mübarizəsinə kölgə salmağa çalışırlar. Amma bu xəyanətkarların “fəaliyyəti” hər zaman olduğu kimi bu dəfə də iflasa məhkumdur. Onlar xalq tərəfindən qətiyyətlə pislənilir və qınanılır.

Kimsə bizim birliyimizi və həmrəyliyimizi pozub, müqqədəs amal uğrunda apardığımız mübarizədən döndərə bilməz. Biz xalqımızın  birliyi və həmrəyliyi nəticəsində qarşımızda duran problemləri həll edəcəyik”.

 

0.32996201515198