68 məktəbdə operativ monitorinqlər keçirilib

 

2022-ci ildə Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki 68 ümumi təhsil müəssisəsində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə operativ monitorinqlər keçirilib. 

Bu barədə Demokratikmusavat.com -a İdarədən məlumat verilib.

Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılıb. Monitorinqin nəticələri və müvafiq tövsiyələr təhsil müəssisələrinə təqdim olunub.

0.13985896110535