"Rusiya ordusu küçə döyüşlərinə hazır deyil" - Kəşfiyyat

 

“Vaqner döyüşçüləri və səfərbər olunanlar effektiv şəhər döyüşləri aparmaq üçün təlim keçməyiblər və belə döyüşlərə hazır detullər”. Belə bir qənaətə Britaniya kəşfiyyatı gəlib.
Britaniya kəşfiyyatı Vaqner döyüşçülərinin və Rusiya Federasiyasının səfərbər edilmiş hərbçilərinin Baxmutda şəhər döyüşlərinin aparılmasında problem yaşayacağını proqnozlaşdırır.

Demokratikmusavat.com Bizimyol.info-ya istinadən xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, bu barədə çərşənbə günü Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilib.

Kəşfiyyat qeyd edib ki, son bir həftə ərzində Rusiya hərbçiləri və Vaqner marionet qüvvələri Donetsk vilayətinin Baxmut şəhərinin şərq kənarında çox az irəliləyiş əldə ediblər.

Bildirilir ki, Rusiya piyadaları, görünür, şəhərin şərq sənaye rayonlarında möhkəmlənib, bəzən isə şəhərin yaşayış məntəqələrinə doğru irəliləyiblər. Orada küçə döyüşləri davam edir.

Məlumata görə, Baxmut sektorunda 2022-ci ilin iyun ayından intensiv döyüşlər gedir, lakin cəbhə xətti əsasən şəhərin şərq ətrafındakı açıq ərazilərdə baş verib. Rusiya qoşunları 2022-ci ilin iyulunda Lisiçansk və Severodonetskə doğru irəlilədiyindən müharibədə əhalinin məskunlaşdığı ərazilərdə uzun sürən genişmiqyaslı döyüşlər olmayıb.

Onu da əlavə edək ki, Böyük Britaniya departamentinin icmalında deyilir ki, şəhər döyüşləri mükəmməl liderliyə malik yüksək təlim keçmiş piyada qoşunları tələb etdiyinə görə, bu döyüş növü zəif təlim keçmiş Vaqner döyüşçüləri və Rusiya ordusunun səfərbər edilmiş ehtiyatda olan əsgərlərinə uyğun gəlmir.

Sonda xatırladaq ki, Avropa Parlamentinin deputatları Rusiya oliqarxı, Vladimir Putinin yaxın adamı Yevgeni Priqojin tərəfindən yaradılmış Vaqner özəl hərbi şirkətini terror təşkilatı kimi tanımaq istəyirlər.

0.13144993782043