Müğənni Manaf Ağayev "Elgizlə izlə” verilişində qonaq olarkən mərhum Əməkdar artist Zöhrə Abdullayeva ilə bağlı xatirələrini bölüşüb.
Demokratikmusavat.com Axsam.az-a istinadən xəbər verir ki, ifaçı sosial mediada istifadəçilər tərəfindən Z.Abdullayevanın ünvanına yazılan fikirləri tənqid edib.
"Zöhrə xanımın övladı dünyasını dəyişmişdi. Onu telekanallardan birində verilişə çıxartmaq lazım idi. Zöhrə xanım ağlayıb dedi ki, verilişə getməyəcəyəm. Biz isə onun könlünü almaq istəyirdik ki, rədd eləməsin verilişə gəlməyi. Söylədi ki, siz heç bilirsiniz haqqımda sosial şəbəkədə nə yazıblar? Başladı ağlamağa. Dedi ki, yazılıb "Yaxşı oldu oğlun öldü", Özündən çox çıxmışdın".
"Bu sözləri yazan insanlardan nə gözləmək olar? Zöhrə xanımın bir övladı var idi. O da öldü. Zöhrə xanım sizə nə edib? O ağbirçək xanım idi. Kimdə işi var idi? Hamı haqda bu cür xoşagəlməz sözlər yazılır. O qədər dünyada şərəfsiz insanlar var ki... Belə şeylərə hazır olmaq lazımdır” deyə, Manaf bildirib.
Qeyd edək ki, Z.Abdullayeva ötən ilin mayında 68 yaşında vəfat edib.
Demokratikmusavat.com