Şəkidə məskunlaşan Laçın qaçqını Prezidentə mqraciət etdi

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

         M Ü R A C İ Ə T

Hörmətli cənab Prezident!

Sizə yazıb bildiririk ki, müvəqqəti yaşadığımız Şəki Çeşməli kənd, Əhmədbəyli meşə yaşayış massivində 8(səkkiz) ailənin əziyyətlə əkdiyi taxıl və arpa sahələri kütləvi surətdə məhv edilərək, yerində fındıq bağları salınır.

Taxıl sahələrinin məhv edilərək, yerində fındıq bağlarının salınması birbaşa Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun özəl tapşırıqlarına əsasən həyata keçirilir.

Şəki regional Meşə İdarəsinin rəisi Əkrəm Babayev öz himayədarı olan Vüqar Kərimovu, durduracaq bir qüvvənin olmadığını açıq bir şəkildə bəyan edir.

Hörmətli cənab Prezident!

Dövlətimiz taxıl ehtiyatının 100% təminatı yönümündə öz ciddi addımlarını ataraq bu problemin aradan qaldırılmasına çalışır ancaq nazir müavini Vüqar Kərimov və meşə rəisi Əkrəm Babayev isə tam əksini edərək, taxıl və arpa sahələrini yerlə-yeksan edirlər.

Biz vətəndaşlara birinci növbədə çörək lazımdır. Fındıq bağları 3,4-cü dərəcəlidir. Vüqar Kərimov elə bilir ki, hər kəs "qırqovul" əti yeyir. Ona görə də belə bir çirkin addımı atır. Vüqar Kərimov gündəlik qırqovul tələbatını Əkrəm Babayevdən tələb etdiyi kimi, bizdə taxıl və arpa sahələrimizin qanunsuz olaraq məhv edilməməsinin xahişini edirik.

Belə məmurlara görə, Şəki meşələrində qırqovul quşunun nəsli kəsilmək üzrədir. Belə qəddarlıq,vəhşilik haqda edilən müraciətlər baxımsız qalıb.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov məgər o qədər böyük bir qüvvədir ki, Laçın rayon Millət Vəkilimiz Mahir Abbaszadə öz sakinlərini müdafiə edə bilməkdə çox əziyyət çəkir.

Hörmətli cənab Prezident!

Bir məsələnidə qeyd etmək istəyirəm ki, Laçın rayon Millət Vəkili Mahir Abbaszadə öz seçiciləri arasında ayrı-seçkilik edir. Seçicilər 5,10 nəfərdən ibarət deyil.

Öz seçicilərinin haqlı problemlərini həll etmək əvəzinə nazir müavini Vüqar Kərimovun nağıllarına,uydurmalarına qulaq asaraq, inanmaq məcburiyyətindədir. Video-format vasitəsilə keçirdiyi qəbullar reklam xarekterlidir. Vətəndaşlar üçün heç bir nəticəsi yoxdur.

Hörmətli Cənab Prezident!

Aidiyyatı qurumlar tərəfindən bu haqda bizlərə köməklik edilmir.
Sizdən taxıl və arpa sahələrinə edilən bu soyqrımın cəzasız qalmamasını xahiş edirik. Niyyətləri belə çirkin əqidədə olan məmurların tezliklə cəza alacağına heç şübhəsiz inanırıq.

Hörmətlə, Məmmədov Cahangir Həsənxan oğlu (Şəhid qardaşı).
Əlaqə telefonu: 050 746-06-21.

0.41124081611633