Vasif Talıbovu əvəz edəcək şəxs kimdir? - DOSYE

 

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının sədri Vasif Talıbovun istefasından sonra onu əvəz edəcək şəxsin onun birinci müavin Azər Yadulla oğlu Zeynalovdur.

Demokratikmusavat.com A.Zeynalovun dosyesni təqdim edir:

Şərur rayonunda müəllim ailəsində anadan olan Azər Zeynalov 25 yaşından Vasif Talıbovun yanında çalışır. O, əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsində məsləhətçi, sonra həmin şöbənin müdiri olub. Bir müddət Naxçıvan Dəmir Yollarının rəhbəri vəzifəsində çalışan Azər Zeynalov 2005-ci ildən Ali Məclisin deputatıdır.

O, 2020-ci il fevralın 25-dən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarı ilə Vasif Talıbovun birinci müavini təyin edilib.

Azər Zeynalovun atası Yadulla Zeynalov isə sovet dövründə Şərur Rayon Təhsil Şöbəsində çalışıb. 

Billurə
 

 

0.13345408439636