Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti Gəncə şəhərində 2022-ci il aprelin 12-də baş vermiş təbii fəlakətlər nəticəsində ziyan çəkmiş əhali üçün tələb olunan inşaat materiallarının satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Demokratikmusavat.com ” xəbər verir ki, tenderin qalibi “Gold House” MMC olub.
Qalib təşkilatla 141,010 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, 2022-ci il aprelin 12-də Gəncədə güclü külək nəticəsində bəzi küçə və prospektlərində bir neçə yaşayış binasının dam örtüyü dağılmış, fərdi evin dam örtüyü yararsız hala düşmüş, binanın fasad hissəsinə zərər dəymişdi. Həmçinin güclü külək yanğına səbəb olmuşdu.
Könül
Demokratikmusavat.com