ABŞ-dan gözlənilməz açıqlama: Belarus konfliktdə iştirak etmir

 

ABŞ Belarusun Ukrayna konfliktində birbaşa iştirakını müşahidə etmir, lakin müharibədə Rusiyaya dəstəyinə görə onu günahkar hesab edir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Qeyd edək ki, ABŞ tərəfi bundan öncə Rusiyaya bu savaşda yardım edəcəyi təqdirdə Belarusa sanksiyalar tətbiq edəcəyini bildirmişdi.

0.44877505302429