Paralel.az " xəbər veri ..."> Paralel.az " xəbər veri ...">

Putin Ukraynaya gedib – Kreml təsdiqlədi

 

Rusiya lideri Vladimir Putin Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zonasına gedib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə yayılan məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

O qeyd edib ki, Putin ötən həftənin 5-ci günü səfər edib.

Qeyd edək ki, bundan öncə Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov Teleqram kanalında Putinin xüsusi əməliyyat zonasına səfər etdiyini açıqlamışdı. Putin xüsusi hərbi əməliyyatda iştirak edən qoşunların Birləşmiş Qərargahına baş çəkib, qərargahın işi ilə tanış olub, komandirlərlə ayrı-ayrılıqda görüşlər keçirib, onların məruzələrini dinləyib.

0.39918398857117