"Ayın sonuna qazancım yalnız kirayə puluna çatır"

 

"Ayın sonuna qazancım yalnız kirayə puluna çatır. Qısa müddət ərzində Vətənimdə daimi bir iş tapa bilməsəm, yəqin ki, birdəfəlik çıxıb getmək məcburiyyətində qalacağam. Hansı ki, bir ildən artıqdır ki, iş axtarıram".

"Demokratikmusavat.com" "bizim media"-ya istinadən xəbər verir ki, bu sözləri "Best Model of The World" titulunun sahibi, azərbaycanlı model Rüstəm Cəbrayılov sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

İşsizlikdən şikayətçi olan Rüstəm ölkəni birdəfəlik tərk edəcəyini açıqlayıb:

"Green card"ım da var, avropa vizalarım da. Bu günə qədər film və modellik səhəsində gördüyüm önəmli işlər isə özüm üçün kiçik bir xatirə qalar. Gələn il üçün təsdiqlədiyim iki böyük filmdən də imtina edərəm.

Onsuz da söhbət pula gələndə kəsib tökürlər, məcburiyyətdən razılaşırsan. Bəlkə gəlsəm, baş rolunu canlandırdığım "Xocalı" və "20 yanvar"la bağlı filmlərin təqdimatına gələrəm. Nə "CV"mə, nə də ki yazdığım məktublara cavab gəldi. Vətən məni sevməsə də, mən onu çox sevdim".

Qeyd edək ki, bir müddət əvvəl işsizlikdən şikayət edən R.Cəbrayılov Mədəniyyət Nazirliyinə müraciət etdiyini, eyni zamanda teatrda işə düzələ bilmədiyini söyləmişdi.

Məqaləyə dair fotomateriallar:

0.12161898612976