FFF futbolçularının təhqir olunmasından şikayət edəcək

 

Fransa Futbol Federasiyası (FFF) Qətərdəki dünya çempionatının finalında Argentina yığmasına məğlubiyyətdən sonra Fransa millisinin futbolçularının irqçi təhqirlərə məruz qalmasından şikayət edəcək.

Demokratikmusavat.com ” xəbər verir ki, qurum bununla bağlı bəyanat yayıb.

FFF sosial şəbəkə istifadəçilərinin qaradərili oyunçular Kinqsli Koman, Orelyen Çuameni və Randal Kolo-Muaniyə təhqiredici mesajlar yazmalarını, onların postlarının altında meymun və banan şəkilləri paylaşmalarını qınayıb.

Qeyd edək ki, Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) “tanqoçular” 3-cü dəfə dünya çempionu olublar. “Xoruzlar”ın heyətində Randal Kolo-Muani əlavə vaxtda - hesab 3:3 olarkən 100 faizlik qol imkanından yararlana bilməyib. Koman və Çuameni isə 11 metrlik zərbələr zamanı qeyri-dəqiq oynayıblar.

0.26279902458191