Ölən şəxsin adına cərimə gəldi -VİDEO

 

Sabirabadda ölən şəxsin adına radar cəriməsi gəlir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məlumata görə, vətəndaşın 4 il öncə vəfat edən atasının adına hələ də cərimələr gəlməyə davam edir. Həmin şəxsin oğlu atasının məzarına gələrək özünəməxsus şəkildə ona müraciət edərək etiraz edib.  

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, görüntülərdən xəbərdardırlar. Məsələ araşdırılır. 

Sözügedən videonu təqdim edirik:

0.14216899871826