Ədalət zəfər çalır!

 

Tapdıq Abbas:

Zərərçəkmişlərin və siyasilərin 5 illik ardıcıl mübarizəsi, nəhayət ki, müsbət nəticəsini verdi!
"Tərtər cinayətləri"nin canlı şahidlərinin iştirakı ilə sosial şəbəkələrdə geniş müzakirə olunan məsələ Milli Məclisin tribunasından səsləndi, ölkə və cəmiyyət silkələndi!
 "Tərtər cinayəti"nin üzərinə işıq salan şəxslərin saxta ittihamlarla həbs olunması, haqqın ayaqlar altına atıldığını müşahidə edən xalqın dövlətə bəslədiyi inama sarsıdıcı zərbə vurulduğu an hamının gözlədiyi haqqın zəfər çaldığı məqam yetişdi!..
Ölkə Prezidenti "Tərtər cinayəti"ni səbrlə, tələsmədən araşdırtdırdı, zərərçəkənləri, onların valideynlərini, cinayəti araşdıranları və xalqı sevindirən, cinayətkarları isə lərzəyə salan yekun qərarı verdi!..
"Ermənilərə seksual xidmət etmiş hərbçilər" barədə saxta ittihamlarla həbs olunmuş günahsız hərbçilərin azad olunması "Tərtər cinayət"lərinin saxta nəticələrinin aradan qaldırılmasının ilkin mərhələsi kimi, Xalqın ruh yüksəkliyinə səbəb olub!..
Xalqın istəyi odur ki, ədalətin zəfərini təsdiq edən cənab Prezidentin gördüyü tədbirlərin ardı gəlsin və gələcək, İn Şa Allah!..

Demokratikmusavat.com

0.40802788734436