15 yaşlı oğlan adapter uddu - FOTO

 

Türkiyənin Diyarbəkir şəhərində yaşayan 15 yaşlı oğlan qarın ağrısı və qusma şikayətləri ilə xəstəxanaya aparılıb. 

Demokratikmusavat.com “Post” qəzetinə istinadla xəbər verir ki, rentgeni çəkilən uşağın mədəsində telefonun zaryatka naqili qaldığı üzə çıxıb.

Azyaşlı təcili yardımla Elazığ Fırat Universiteti Xəstəxanasına çatdırılıb. Uşağın həzm sistemindəki naqili çıxarmaq üçün endoskopiya tətbiq edib. Həkimlər kabelin bir ucunun nazik bağırsağa keçdiyi üçün çıxarmaqda çətinlik çəkdiklərini bildiriblər.

Endoskopiya nəticəsində azyaşlının 90 sm uzunluğunda kabel çıxarılıb.

Sözügedən xəbər “New York Post” “Mirror” kimi tanınmış mətbuat orqanlarında da yayımlnıb və böyük maraqla qarşılanıb.

Fidan

 

0.13585090637207