Üç ölkədə keçiriləcək futbol üzrə növbəti dünya çempionatı üçün YENİ QAYDALAR - FOTO

 

Futbol üzrə növbəti dünya çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Demokratikmusavat.com xəbər verir ki, tarixdə ilk dəfə olaraq üç ölkə turnirə ev sahibliyi edəcək.

İndiyə kimi yalnız bir dəfə iki dövlət turnirə birgə ev sahibliyi edib: 2002-ci ildə (Yaponiya və Cənubi Koreya).

Matçlar 16 şəhərdə keçiriləcək: 11-i ABŞ-də, üçü Meksikada və ikisi Kanadada.

İştirakçıların sayı 32-dən 48-ə yüksələcək, final qrup turnir formatı 2023-cü ildə müəyyənləşəcək.

Təsnifat turniri 2023-cü ildə başlayır.

Qeyd edək ki, 1970 və 1986-cı illərdə mundialların keçirildiyi Meksika üç dəfə dünya çempionatına ev sahibliyi edən ilk ölkə olacaq.

 

0.13753008842468