Zelenskiyə bənzəmək istəyən Putinin yeni planları

 

Cümə günü, dekabrın 16-da Rusiya prezidenti Vladimir Putin Xüsusi Hərbi Əməliyyatda iştirak edən "silahlı qüvvələrin birləşmiş qərargahına" baş çəkib. Kremlin rəsmi saytının prezidentin bütün günü “qərargah”da keçirməsi barədə açıqlaması böyük mübaliğə sayıla bilər, əslində, bu, bir neçə saatlıq məqsədsiz sərgərdanlıqdan başqa bir şey deyidi. Lakin Federal Sorğu Xidmətinin sorğuları göstərir ki, Rusiya xalqı prezidentin hərbi məsələlərə daha çox qarışmasını gözləyir və Putin buna əməl etməyə məcburdur. Ümumiyyətlə, ruslar Federal Sorğu Xidmətinin sorğularının nəticələrinə görə, Rusiya prezidentinin özünü Zelenski kimi aparmasını istəyirlər, əhalinin fikrinə görə, Ukraynanın döyüş meydanında qələbəsinə məhz Ukrayna prezidentinin müharibə zamanı davranışı, hadisələrə və cəbhədəki işlərə qarışması səbəb olur. Ruslar belə düşünür və ümid edirlər ki, Putinin analoji addımları Rusiyanı qələbəyə yaxınlaşdıracaq.

Paradoksal olsa da, Zelenskiyə xor baxan və nifrət edən Putin indi onu təqlid etməyə məcburdur. “Qərargah”a səfəri zamanı Putin mülki kostyumda, ağ xalları olan qara qalstukda olub və bu, Rusiya prezidentinin son hərbi məğlubiyyətlərdən uzaq olduğunu vurğulamalı idi. Prezident bir tərəfdən ön cəbhədəki işlərin içinə girib özünüтn işin içində olduğunu göstərməli, digər tərəfdən də döyüş meydanındakı məğlubiyyətlərlə əlaqələndirilməməli, yəni necə deyərlər, həm balıq yeyməli, həm də başda oturmalıdır. Cümə günü ekskursiya zamanı Putinlə görüşən “qərargah” generallarına prezident səxavətlə ümumi səfərbərlik, yeni silah növləri, texnika, ən son müasir rabitə vasitələri barədə danışıb və yalandan da olsa, nələrinsə təmin ediləcəyinə daha çox söz verib. Gerasimov və Şoyqu itaətkarlıqla Baş Qərargah rəisi və müdafiə naziri rollarını oynayıblar və Xüsusi Hərbi Əməliyyatın aparılması ilə heç bir əlaqəsi olmamasına baxmayaraq, Putinə hesabatlar təqdim ediblər. Madam ki, Putin Zelenski kimi davranmalıdı, belə bir məntiq var ki, Şoyqu da özünü Zalujnı kimi aparmalıdır, görünür, ertəsi gün Sergey Kojugetoviç cəbhə zonasının yoxlanılması adı ilə Karlson kimi saxta uçuşa çıxması da bu məntiqdən irəli gəlir. Amma nə cümə günü, nə də şənbə günü Sergey Şoyqu Ukrayna ilə dövlət sərhədini nə quru, nə də hava yolu ilə keçməyib.

Şənbə günü, dekabrın 17-də Putin güc və hərbi blokların rəhbərliyinin nümayəndələri ilə videobağlantı vasitəsilə görüş keçirib. Görüş zamanı o, açıq mətnlə bildirib ki, səfərbərlik fəaliyyəti 16 yanvar 2023-cü il tarixində davam etdirilməli, səfərbərlik və canlı qüvvə ehtiyatı üçün sərhədlərin bağlanması 2023-cü il yanvarın 9-dan tətbiq edilməlidir. Səfərbərliyin növbəti mərhələsində Milli Qvardiya, Daxili İşlər Nazirliyi və FTX köməklik göstərəcək. Putinin 2023-cü ilin fevral-mart ayları üçün böyük hərbi planları var və o, onlara hazırlaşır.

Dadaş Əhmədov

"Demokratikmusavat.com"

0.39502596855164