Vardanyan Tərtərdə və Xocavənddə görüşlər keçirib?

 

4-cü aydır ki, Azərbaycan ərazisində qanunsuz ictimai-siyasi və maliyyə fəaliyyəti ilə məşğul olan hayk milyarderi Ruben Vardanyan dünən Azərbaycan Respublikasının Tərtər rayonunun Ağdərə şəhərində və Xocavənd rayon mərkəzində soydaşlarıyla təxribat məqsədli görüşlər keçirib.
Bu barədə erməni saytları yazıb.
 
“Bunlar, təbii ki, onu Qarabağa ezam etmiş Moskvanın yeni “KQB”-“FSB” ssenarisi əsasında baş verir. Odur ki, Kremlin "Vardanyan planı iflasa uğradı" demək hələ tezdir. Bu iflas yalnız onu da, Araik və digərləri kimi həbs etmək və ya heç olmasa, Qarabağdan uzaqlaşdırdıqdan sonra baş verəcək..."

Ağdərə şəhərində bir qrup sakin qarşısında çıxış edən Vardanyan  Azərbaycanın Laçın yolunu “bağlı saxladığı” bir şəraitdə Qarabağdakı haykların iki yolu olduğunu( “ya təslim olmaq, ya da mübarizə, müharibə aparmaq”) bildirib. O, soydaşlarını mübarizəyə səsləyərək “Azərbaycana qarşı savaş aparmaq üçün birləşmək” lazım olduğunu vurğulayıb...
 
Sonra Putinin milyarder “desantı” Tərtər və Kəlbəcər rayonları ərazisindəki rəsmi Bakının monitorinqini tələb etdiyi Qarabağdakı əsas mədənlərdən birində - “Dəmirli”də olub və həmin mədənləri qanunsuz istismar edən “Base metal”  şirkətinin əməkdaşları və fəhlələriylə görüşüb... 
R.Vardanyan Xocavənd şəhərinə yollanıb. Oradakı hayklar qarşısında çıxış edən Kreml emissarının əsas tezislərindən biri bu olub: “Azərbaycanlılar anlamadı ki, bu blokada ilə -Laçın yolunu bağlamaqla bizi daha da birləşdirirlər”...
 
Xatırladaq ki, R.Vardanyan bundan öncə dekabrın 16-da ertəsi gün noyabrın 17-ə Xankəndində təyin etdiyi  kütləvi mitinqi təxirə salıb və “bölgələrə gedərək insanlarla görüşüb məsləhətləşməyin vacib olduğunu” bildirib... Sözsüz ki, bu səfərlər əvvəlki yazımızda da qeyd etdiyimiz kimi, Laçın yolunun bağlı olması səbəbindən mitinqə yetərincə erməni toplaya bilməmək qorxusundan edilib...

0.12946796417236