Lionel Messi PSJ ilə müqaviləsini 2024-cü ilin yayına qədər uzatmağı düşünür.
Publika.az “Mundo Deportivo”ya istinadla xəbər verir ki, daha sonra argentinalı hücumçu MLS-ə - "İnter Mayami" klubuna keçmək niyyətindədir.
Məlumata görə, 35 yaşlı Messi sabiq komanda yoldaşı Serxio Busketslə bir araya gələ bilər. Bildirilir ki, "Barselona" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Buskets komandadan ayrılmağı düşünür.
Onun da "İnter Mayami"yə keçmək istədiyi bildirilir. Qeyd edək ki, ABŞ klubunun sahibi Devid Bekhemdir.