FİNAL: Argentina ilk hissəni iki topla öndə bitirdi - CANLI YAYIM

 

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ilk hissə Cənubi Amerika təmsilçisinin 2:0 üstünlüyü bitib.

*** 19:05

Bu gün Qətərdə keçirilən DÇ-2022-nin qalibi bəlli olacaq.

Finalda son çempion Fransa millisi ilə Argentina üz-üzə gəlib. 

"Lusail" stadionunda baş tutan və polşalı referi Şimon Marçinyakın idarə edən oyun Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

Qeyd edək ki, həm Fransa, həm də Argentina millisi ikiqat dünya çempionudur.

Xatırladaq ki, DÇ-2022-nin bürünc medalçısı Xorvatiya olub.

Oyunu canlı olaraq buradan izləyə bilərsiniz : //itv.az/live-tv

0.22441411018372