Rusiya Ukraynanın itkilərini açıqladı

 

Rusiya müharibənin 298-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Demokratikmusavat.com" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 344 təyyarəsi, 184 helikopteri, 2676 PUA-sı, 398 zenit-raket kompleksi, 7149 tank və digər zirehli texnikası, 931 reaktiv yaylım atəş sistemi, 3691 artilleriya və minaatanı, 7650 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

0.43447685241699