Səudiyyəli nazir: “Qarabağda müxtəlif sahələrdə yatırım edə bilərik”

 

"Bizim investorlar işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji (günəş və külək enerji sahəsində), turizm, kənd təsərrüfatı və texnologiya sahəsinə yatırım etməkdə maraqlıdır".

"APA-Economics" xəbər verir ki, bunu Zəngilanın "Ağalı" kəndində jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh deyib.

O qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı əlaqələrinin müxtəlif aspektləri var. Səudiyyə Ərəbistanı Azərbaycanda beş infrastruktur layihəsində iştirakçı olub. Krallıq həmçinin, işğaldan azad edilmiş ərazilərdə əhalinin yenidən öz torpaqlarına geri qaytarılması və həyatın normal axarına qayıtması üçün investisiya edə bilər.

Nazir bildirib ki, Qarabağda geniş kənd təsərrüfatı potensialının olduğu bugünkü səfər zamanı müşahidə edilib: "Qarabağda iribuynuzlu heyvandarlıq sahələri tanış olduq. Böyük potensialın olduğunu gördük. Səudiyyə Ərəbistanı üçün ərzaq təhlükəsizliyin təmin edilməsi zəruridir və bu baxımdan işğaldan azad edilmiş ərazilərə yatırımda maraqlıyıq".

"Zəngilanda yeni tikilən hava limanı çox cəlbedicidir. Eyni zamanda, yeni yaradılan ağıllı kəndi görmək bizdə xoş təəssürat yaratdı və təəccüb doğurdu"- deyə Əl-Faleh əlavə edib.

0.5376570224762