Kiyevdəki son vəziyyət

 

Kiyevdə istilik təchizatı sistemi tam bərpa olunub, bütün mənbələr normal işləyir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə öz "Telegram" kanalında Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib.

“Son hücumlardan sonra şəhər bütün xidmətlərin işini bərpa edir. O cümlədən, paytaxtın istilik təchizatı sisteminin fəaliyyəti tam bərpa olunub. İstilik təchizatının bütün mənbələri normal işləyir. Gün ərzində kommunal xidmətlər ayrı-ayrı evlərdə işləyəcək, burada istiliklə bağlı lokal problemlər yarana bilər”, - deyə mer bildirib.

Bundan əvvəl Kliçko bildirib ki, Kiyevdə bir sıra mühüm infrastruktur obyektlərinin vurulmasından sonra elektrik enerjisi təchizatında çatışmazlıqlar yaranıb və elektrik şəbəkəsi zədələnib. Onun sözlərinə görə, hazırda şəhər sakinlərinin üçdə biri su və istiliklə təmin olunub. Elektrik təchizatı Kiyev ərazisinin 40 faizindədir. Ancaq işıqların kəsilməsi hələ də baş verir.

0.45500993728638