Patruşev Börnsün  gözünün içinə baxıb dedi ki,... - Gizli danışıqların detalları açıqlandı

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns 2021-ci ilin noyabrında Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşündə demişdi ki, Qərb ölkələrində və Ukraynada hərbi əməliyyatlar başlayarsa, “qətiyyətli və vahid” cavab verəcəklər.

 Demokratikmusavat.com xəbər verir ki, bu barədə "The New York Times" o zaman ABŞ-ın Rusiyadakı səfiri olmuş və görüşdə iştirak etmiş Ceyk Sallivana istinadən yazıb.

Nəşrin yazdığına görə, Börns Patruşevə xəbərdarlıq edib ki, Rusiya hərbi əməliyyatlara başlayarsa, onun üçün nəticələri “ağır olacaq”. Buna cavab olaraq, Rusiya Təhlükəsizlik Şurasının katibi MKİ rəhbərinin gözünün içinə baxaraq qeydlərini bir kənara qoydu və Rusiya ordusunun şücaətindən danışdı.

“O, biz bunu edə bilərik dedi. Mən bunu belə təsvir edərdim: artıq qərar verilmişdi və Rusiya tərəfi özünə arxayın idi. Onun mesajı belə idi: "İstədiyimizi etmək bizim üçün problem deyil" deyə Sallivandan sitat gətirilib.

Mənbələrin bildirdiyinə görə, Vaşinqtona qayıtdıqdan sonra Börns ABŞ prezidenti Co Baydenə rusiyalı həmkarı Putinin hərbi əməliyyatlara başlamaq qərarına gəldiyini bildirib.

Börns 2 və 3 noyabr 2021-ci ildə Moskvaya səfər edib. O, Patruşevlə, eləcə də Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşüb. 

Elvin

Demokratikmusavat.com

0.1398458480835