ABŞ sərhəddə fövqəladə vəziyyət elan edib

 

ABŞ-ın Meksika ilə sərhəddə yerləşən El Paso şəhərinin meri Oskar Liser miqrantlarla əlaqədar fövqəladə vəziyyət elan edib.

Bu barədə “Demokratikmusavat.com ” xəbər verir.

Şəhər rəhbərinin sözlərinə görə, federal tərəfdaşlarla söhbətində ona çərşənbə günü (dekabrın 21-də) miqrantların sayının 2,5 min nəfərdən 6 min nəfərə qədər artacağı bildirilib.

“Onlardan bunun öhdəsindən gələ biləcəklərini soruşduqda, “yox” cavabı verildi. Mən belə bir cavab alanda bu, dərhal hərəkətə keçməli olduğum demək idi", - Liser deyib.

Meriyadan bildirilib ki, fövqəladə qaydalar vəziyyətə cavab vermək üçün əlavə resurslar - miqrantlar üçün sığınacaqlara və hüquq-mühafizə orqanlarının işinin təminatına imkan verəcək.

Şəhərin küçələrində mənfi dərəcə temperaturda açıq havada yatan miqrantların sayı artıb.

0.27067804336548