İsveçrəli futbolçu vəfat edib

 

İsveçrənin ikinci divizion klubu “Lozan Uşi”nin futbolçusu Elia Alessandrini tətildə olarkən vəfat edib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

“Elia Alessandrini üçün yas tuturuq. Ailə dostunu, komanda yoldaşını və hər kəs üçün nümunə olan birini itirdik”, - “Lozan Uşi” açıqlamasında bildirib.

Futbolçunun hovuzda çimərkən öldüyü qeyd edilib. O, tətilini Omanda keçirib. Bir neçə saatdan sonra o, İsveçrəyə uçmalı idi.

0.16501212120056