Paralel.az " xəbər verir ki, bu sözləri Şiller İnstitutunun təşkil etd ..."> Paralel.az " xəbər verir ki, bu sözləri Şiller İnstitutunun təşkil etd ...">

Ukrayna müharibəni uduzub - ABŞ-ın istefada olan polkovniki 

 

Ukrayna Rusiya ilə müharibəni uduzub.

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Şiller İnstitutunun təşkil etdiyi videokonfrans zamanı ABŞ-ın Virciniya ştatının keçmiş senatoru Riçard Blek deyib.

“Ukraynada Artemovsk uğrunda gedən döyüş tədricən Ukrayna ordusu üçün fəlakətə çevrilib, çünki Rusiya gələn ilin əvvəlinə qədər silahlı qüvvələrinin sayını dörd dəfə artırmağa başlayıb”, - eks-senator bildirib. 

Blekin sözlərinə görə, Ukrayna ordusu “minlərlə əsgərini Artemovskda ölüm qazanına atır və görünür, heç bir çarəsi yoxdur.

“Ölən ukraynalıların sayı sadəcə dəhşətlidir. Ukraynalıların bütöv bir nəsli indi döyüşdə ölür. Ukrayna əhalisi çox azdır və öz ordusunun itkilərini doldura bilməyəcək”, - deyə o bildirib.

Elvin

Demokratikmusavat.com

 

0.14308214187622