Rafael Ağayev çempionluq kəmərinə sahib çıxdı

 

Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxıb.

Demokratikmusavat.com xəbər verir ki, 37 yaşlı idmançı ABŞ təmsilçisi Raymond Danielslə üz-üzə gəlib.

Rəqibini məğlub edən Ağayev çempionluq kəmərinə sahib çıxıb.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.

 

 

0.15099501609802