Mərkəzi Afrikada silahlılarla şiddətli toqquşma olub

 

Mərkəzi Afrika Respublikasının cənubundakı Nqakobo şəhərində hökumət ordusu ilə silahlılar arasında şiddətli toqquşma olub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Corbeaunews" portalı məlumat yayıb.

Hökumət əleyhinə fəaliyyət göstərən “Dəyişiklik naminə vətənpərvərlər koalisiyası”nın silahlıları Nqakobo şəhərinə hücum ediblər, lakin şiddətli döyüşdən sonra geri çəkilmək məcburiyyətində qalıblar.

Tərəflərin itkiləri barədə məlumat yoxdur.

Hökumət qüvvələri hazırda strateji əhəmiyyətli Bambari şəhərindən 56 kilometr cənubda yerləşən Nqakoboya tam nəzarət edir.

0.14893794059753