Rusiyalı gənc hokkeyçi qəfil ölüb

 

Ontario Hokkey Liqasının “London Nayts” klubunun rusiyalı hücumçusu Abakar Kazbekov 18 yaşında dünyasını dəyişib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə klubun tviter hesabında məlumat verilib.

“Ontario Hokkey Liqası və “London Nayts” Abakar Kazbekovun qəfil ölümünü kədərlə elan edirlər. Abakar 2021-ci ildən komanda üçün dəyərli oyunçu idi. Düşüncələrimiz onun ailəsi, dostları və komanda yoldaşları ilədir”.

Hokkeyçinin ölüm səbəbi barədə məlumat verilmir. “London Nayts”ın növbəti oyunu başqa vaxta ertələnib.

0.18510794639587