Luka Modriç 2022-ci il dünya çempionatında Xorvatiyanın 7 matçının hamısında iştirak edib.
Demokratikmusavat.com xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Mərakeşlə üçüncü yer uğrunda görüşdə ilk dəqiqələrdən meydanda olub.
Əvvəllər yalnız qapıçılar Peter Şilton (1990) və Dino Dzoff (1982) yaşları 37-dən yuxarı ikən dünya çempionatlarında eyni turnirdə yeddi oyuna çıxıblar.
Beləliklə, “Real Madrid”in yarımmüdafiəçisi 37 və daha yuxarı yaş kateqoriyasında turnirin bütün oyunlarında iştirak edən ilk sahə oyunçusu olub.