Zidan və Benzem finalda iştirak dəvətini qəbul etmədilər

 

Əfsanəvi fransız futbolçu Zinəddin Zidan Fransa Futbol Federasiyasının (FFF) 2022-ci il dünya çempionatının final oyununa dəvətindən imtina edib. Demokratikmusavat.com xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Məlumata görə, FFF dəvətini zədə səbəbindən dünya çempionatını buraxan Presnel Kimpembe, N'Qolo Kante və Pol Poqba qəbul edib. "Le Parisen"in məlumatına görə, zədəli Kərim Benzema da FFF dəvətindən imtina edib.

Argentina və Fransa milli komandaları dekabrın 18-də Qətərdə keçirilən dünya çempionatının finalında qarşılaşacaqlar. Argentina ikiqat dünya çempionudur. Fransa da iki dəfə Dünya Kubokunu qazanıb, eyni zamanda qalib gələrsə, planetin hazırkı ən yaxşı milli komandası titulunu qoruyacaq.

Finala gedən argentinalılar pley-offda Avstraliya, Niderland və Xorvatiyanı məğlub ediblər.

Elvin

Demokratikmusavat.com

 

0.21214914321899