Prezidenti Ukraynaya silah tədarükü fikrindən daşındırmağa çalışdılar

 

Bolqarıstan Sosialist Partiyasının (BSP) deputatları ölkə prezidenti Rumen Radevə məktub göndərərək onu Ukraynaya silah tədarükü haqqında sazişin ratifikasiyası haqqında qanuna veto qoymağa çağırıblar. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə BNR radiostansiyası məlumat yayıb.

BSP-nin lideri Korneliya Ninova da Radevi qanuna veto qoymağa çağırıb.

Bir gün əvvəl, dekabrın 16-da Bolqarıstan parlamenti Ukraynaya təmənnasız olaraq silah, texnika və döyüş sursatının verilməsi haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Dekabrın 9-da məlum olub ki, Bolqarıstan ilk dəfə Ukraynaya hərbi yardım göndərəcək. Silahların siyahısı məxfi olsa da, hökumət rəsmiləri yardım paketinə əsasən yüngül silah və sursatların daxil olacağını bildiriblər.

Elvin 

Demokratikmusavat.com

0.24584293365479