İRİA geriləməni dayandıra və inkişafa nail ola biləcəkmi?

 

Osman Gündüz:
Cari ildə bir çox beynəlxalq reytinqlərdə geriləmişik. Onlardan biri də innovasiya və eGov sahəsidir.
Ötən gün, gerilədiyimiz sektorun yeni cavabdeh qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) mətbuat konfransı keçirərək görülən və görüləcək işlərə aydınlıq gətirən açıqlamalar verib.
Gözlənilən idi ki, görüləcək işlərə daha çox yer verilib.
Bir müddət öncə bu dövlət qurumuna rəqəmsal hökumətlə bağlı əlavə səlahiyyətlər də verilib. Hazırda təhvil-təslim prosesləri, qurumun yenidən formalaşması prosesi gedir.
Görünən odur ki, İRİA-nı qarşıdakı ildə böyük və ciddi işlər gözləyir.
Öhdəsindən gələ biləcəklərmi?
Xüsusilə də, rəqəmsal transformasiya, rəqəmsal hökumət və startap- innovasiya sektorunda yığılıb qalan xeyli problemlər öz həllini gözləyir.
Açıqlanan məlumatlardan, verilən mesajlardan belə qənaətə gəlmək olar ki, növbəti illərdə bu sektorda ciddi dönüş yaratmaq üçün real imkanlar var.
İnfrastrukturla bağlı, ekosistemə dəstək mexanizmləri ilə bağlı, İT kadr hazırlığı ilə bağlı artıq konkret görülən uğurlu işlər var.
Ümid edirəm və inanıram ki, yeni formalaşan İRİA sektorda ciddi dönüş yarada biləcək.
Düşünürəm ki, Agentlik komandanı, qurumu tez bir zamanda formalaşdıraraq sektorda münbit şəraitin yaradılmasına, hüquqi məsələlərin həllinə, dövlət resurslarından effektiv istifadə edilməsinə , qurumlararası kordinasiya və dövlətə məxsus dataların inteqrasiyası işlərinə daha çox diqqət yetirməlidir.
P.S. RİNN-nin digər Agentliyinin, İKT Agentliyinin formalaşması isə bir qədər ləng gedir. Hansı ki, sektorda tənzimləmə mexanizmlərini, yeni oyun qaydalarını bu qurum müəyyən etməlidir. Antiinhisarın addımlarından da görünür ki , bu sahədə problemlər yetərincədir.
Ümid edirəm İKT Agentliyi də yaxın vaxtda tam formalaşaraq fəaliyyətə başlayacaq.

Demokratikmusavat.com

0.16541600227356