Moskvada 40-dan çox təyyarə reysi təxirə salındı

 

Moskva hava limanlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib. Bunların əksəriyyəti “Domodedovo” və “Vnukovo” aeroportlarına nəzərdə tutulan uçuşlar olub. 

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Bildirilir ki, Moskva vaxtı ilə saat 10:42-yə olan məlumata görə, “Şeremetyevo”da 6 reys gecikib, 6 reys isə ləğv edilib. “Domodedovo”da 12 reys gecikib, 1-i ləğv edilib. “Vnukovo” aeroportunda isə 10 reys ləğv edilib, 6 reys gecikib.

Rusiya Hidrometeorologiya Mərkəzi bazar ertəsi Moskvada qarın hündürlüyünün 1941-ci ilin dekabrın 19-da qeydə alınan rekord göstəriciyə - 34 sm-ə yaxınlaşa biləcəyini proqnozlaşdırır. Məlumata görə, şənbə günü Moskva və Moskva ətrafında bəzi yerlərdə güclü qar və sulu qar yağacağı gözlənilir. Bazar günü qar daha da güclənəcək, sürəti 15 m/s-dək olan qar fırtınası gözlənilir. Sürücülər və pilotlar üçün çətin şərait yaranacaq.(Qafqazinfo)

0.14938592910767