O, Tanrının pıçıltısıdır...

 


"Onlar vadilərdə sərgardan gəzib dolaşarlar. Bildikləri və bilmədikləri şeylər haqqında elə gözəl danışarlar ki, ruhunuzu cilovlayarlar..."- Qurani Kərim, Şairlər surəsi, 227-ci ayə...
Ona nə gəlirsə qeybdən gəlir- o, SÖZü söyləmir, ağızdan doğur...
Ruhuna yaşıldan pay düşüb- Tanrının sevdiyi rəngdir, hara çəkərsə ora canlanar...
Onun gözlərinə hər adam baxa bilməz- baxışların qərq olduğu dəryadır. Hərdən gölə bənzəyir...
Onun da hamı kimi tərcümeyi halı var- tərcümeyi halı olmayan bircə Allahdır...
-1946-cı il dekabrın 15-də Bakıda anadan olub. Dədə-babası Qubadlıdandır və s..
Amma bu tərcümeyi-hal ona heç lazım da deyil. O, öz tərcümeyi halını çiyinlərində gəzdirir. Yaxşı əməlləri sağ, pisləri isə solda...
Demirəm ki, bu dünyada çətinlik çəkəcək, amma o dünyada çox suallara cavab verməkdə aciz olacaq...
Onu öldürmək də mümkün deyil- cismani ölsə də, o dünyada yox a, elə bu dünyanın xəritəsində noxud boyda qərar tutan Azərbaycanda yaşayanlardandır. Demirəm ki, Nizami, Füzuli, Nəsimi qədər ömrü olacaq, bir az az, bir az çox...
Q, odur- onu Tanrı da yaxşı tanıyır...
O, çoxdan SÖZ-ə çevrilib- İlahinin pıçıltısıdır..
Bu pıçıltını hər adam duya bilməz...
Yeni yaşın mübarək, Ramiz Rövşən! Birdən deyərlər- Türk dünyasının böyük oğlusan- Sən də boynuna götürərsən. Onda yadına Teymur Ləngi, lap elə Nadir Şahı salarsan! Yəqin ki, Türk dünyasında nə boyda olduğunu anlayarsan...
Yeni yaşın mübarək, hökmdarı Allahdan böyük sanan insan!..
Elman Eldaroğlu

Demokratikmusavat.com

0.44230604171753