Baş məşqçi: "FIFA böyük riskə gedir"

 

"Hesab edirəm ki, FIFA bu hakimi bizim oyunumuza təyin etməklə böyük riskə gedir".

"Demokratikmusavat.com"ın məlumatına görə, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Qətərdəki dünya çempionatında Mərakeşə qarşı keçirəcəkləri 3-cü yer uğrunda oyunun hakim təyinatları bağlı danışarkən deyib.

56 yaşlı mütəxəssis bildirib ki, prinsipial matçın qətərli Əbdülrəhman Əl-Cassimə həvalə edilməsi doğru qərar deyil: "Ümid edirəm ki, matçdan sonra hakimin hərəkətinə münasibət bildirməyəcəyik. Mən onun tərəfindən hər şeyin düzgün olmasını istərdim".

Qeyd edək ki, dekabrın 17-də oynanılacaq Xorvatiya - Mərakeş görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

0.28316116333008