Cəlilabadda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB

 

Cəlilabad rayonunda elektrik enerjisinin verilişi bərpa olunub.

Bu barədə Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, yarımstansiyada yaranmış nasazlıq operativ şəkildə aradan qaldırılıb və yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa edilib.

***

Cəlilabad rayonunda elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bu barədə "Report"un Muğan bürosuna Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, Cəlilabad və Göytəpə şəhərində təbii qazın verilməsində fasilə yarandığı üçün Cəlilabad şəhərində yerləşən 35 kv-luq elektrik yarımstansiyasında yüklülük artıb və elektrik xətlərində nasazlıq yaranıb.

Qəzanın qarşısının alınması məqsədilə elektrik yarımstansiyasında təmir işlərinin aparılması üçün Cəlilabad, Göytəpə şəhərlərində və digər yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində iki saat fasilə yaranacaq.

0.12932682037354