“Qarabağın azad edilməsi miqrantlar üçün...”

 

“Qarabağın azad edilməsi miqrantlar üçün yeni biznes imkanları açır”.

“Demokratikmusavat.com” xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Vladimir Georgiyev bildirib.

O vurğulayıb ki, Azərbaycan qonşu ölkələrdən gələn miqrantlar üçün ilk istiqamətlərdən birinə çevrilib.

V.Georgiyevin sözlərinə görə, COVID-19 pandemiyası hərəkətə müəyyən məhdudiyyətlər qoyub və bu, miqrasiyaya da təsir edib:

“Amma bu məhdudiyyətlər aradan qaldırıldıqdan sonra daha çox insan müxtəlif məqsədlərlə - istirahət, biznes və s. – Azərbaycana səfər etməyə və burada qalmağa meyllidir”.

O əlavə edib ki, indi ölkədə miqrasiya məsələlərinin təkmilləşdirilməsi üç prinsipə əsaslanır: dayanıqlılıq, mobillik, idarəetmə.

0.13529992103577