İsveçrə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara qoşulub

 

İsveçrə Ukraynada apardığı müharibə ilə bağlı Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara qoşulub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb.

"Dekabrın 16-da Federal Şura Rusiyaya qarşı müəyyən sanksiya tədbirlərini təsdiqləyərək Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara qoşulub. Bu tədbirlər 16 dekabr 2022-ci il saat 18:00-dan (Moskva vaxtı ilə 20:00) qüvvəyə minəcək", deyə məlumatda qeyd olunub.

0.16531896591187