Belə görünür ki, Ruben Vardanyan həqiqətən...

 
 
Osmana Gündüz:
Belə görünür ki, Ruben Vardanyan həqiqətən Rusiyanın ciddi layihəsidir
Xankəndi(Xocalı) aeroportu işə salına bilərmi?
Ruben Vardanyan Azərbaycanın vətəndaş cəmiyyətinin məlum etiraz aksiyalarından və haqlı tələblərindən sonra indi də "Artsaxın" blokada şəraitində olduğunu dünya ictimaiyyətinə çatdıraraq "gül vurub ".
O, beynəlxalq ictimaiyyətdən Xankəndi (Xocalı) hava limanının açılmasına dəstək istəyib.
Görünür ki, Vardanyan Qarabağın bütün təbii resurslarını Rusiyaya daşımaq öhdəliyi də götürüb.
Düşünürəm ki, yalnız Rusiya sülhməramlılarının və ya separatçıların nəzarəti altında aeroportun fəaliyyətə başlaması təhlükəsizliyimiz üçün çox ciddi təhdid yarada bilər.
Xatırladıram ki, uzun illərdi ki , Azərbaycan hökuməti beynəlxalq qurumlara təsirlər edərək separatçıların bu aeroportdan istifadəsinə imkan verməyib.
Hətta uçuşlar olarsa, bəzi rəsmilərimiz qanunsuz uçuş edən təyyarələrin vurulacağını da bildirmişdi.
Azərbaycan hökumətinin ciddi səyləri ilə indiyədək ermənilər buradan heç bir uçuşu reallaşdıra bilməyiblər.
İnanıram ki, heç bir zaman da nail olmayacaqlar.
Görünür ki, Rusiya və Qarabağ separatçıları yenidən "humanitar fəlakət" iddialarıyla bu məsələni gündəmə gətirmək istəyirlər.
 
Demokratikmusavat.com
0.15996193885803