Deputat: "Laçın yolunda aksiyada səsləndirirlən tələbləri dəstəkləyirik"

 

Azərbaycan  vətəndaş cəmiyətinin Xankəndi-Laçın yolunda keçirilən aksiyada səslənən tələbləri sonadək dəstəkləyirik və dəsətkləyəcəyik.
 
Demokratikmusavat.com ” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aksiyada diqqət çəkən əsas məqam gənclərin  aktiv şəkildə iştirakıdır. 

“Ermənistan tərəfi düşündü ki, vaxt keçəcək nəsillər baş verənləri unudacaq. Amma hər şey bunun əksini sübut etdi. Azərbaycan gənci nəinki  keçmişlərdə baş verənləri unudur, əksinə əvvəlki nəsildən fərqli olaraq proseslərdə daha aktiv şəkildə iştirak etməkdədir. 

Bu bir daha mənə 1990-cı il 20 yanvarda baş verən olayları xatırlatdı. Necə ki, onda Azərbaycan gəncliyi sinəsini tankın qarşısına verirdisə, bu gün də yenə gəncliyimiz sinəsini qarşıya verib, bütün proseslərdə aktiv iştirak edir. Gəncliyimizin bu cür aktivliyi qürurvericidir”, - deputat qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.15923690795898