Tayland şəhzadəsinin vəziyyəti ağırdır

 

Taylandın 44 yaşlı vəliəhd şahzadəsi Bajrakitiyabha Narendira Debyavati xəstəxanada həyatı üçün mübarizə aparır.

Demokratikmusavat.com xəbər verir ki, şəhzadə gəzinti zamanı infarkt keçirib.

Tayland kralı Maha Vajiralonqkornun böyük qızı, vəliəhd şahzadəsi helikopterlə xəstəxanaya çatdırılıb.

Tailand mətbuatında yer alan xəbərə görə, vəliəhd şahzadənin vəziyyəti ağır və həyatı üçün təhlükəlidir.

Şahzadənin ürəyinin dayandığı və ürək masajından sonra həyata döndüyü bildirilib.

0.13500285148621