Məndə iki alınmadı

 
 
Elnur Uğur Abdiyev :
 
Ha bir üstə gəldim biri, 
Məndə iki alınmadı.
Özüm bölündüm ikiyə,
Gördüm birində milliyəm,
Birim elə alınmadı.

 
İllərdir gecə oyağam,
Özüm- özümə dayağam.
Yıxıldım, tutdum özümdən,
Baxdım başımdan ayağa
Bildim düyün alındadı.


Son güllətək son arzunu,
Çax alına alındımı?
Alnım bəxtsiz saitlərin,
Həsrətimtək qalındımı?
Onda niyə alınmadı?
Demokratikmusavat.com
 
0.21701812744141