Bakı-Quba yolunda baş verən qəza nəticəsində 1 nəfər Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.
Ağır yük maşınının sürücüsü 1992-ci il təvəllüdlü Elçin Atayevin təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilir.
Bu barədə məlumat Demokratikmusavat.com-a TƏBİB-dən daxil olub. Şöbədən Atayevin vəziyyətinin orta ağır olduğu bildirilib.
Demokratikmusavat.com APA -ya istinadən xəbər verir ki, Bakı-Quba yolunda qəza nəticəsində xəsarət alan yük maşınının sürücüsü dünyasını dəyişib.
Şahnaz