Anasının yanında dediyi sözə görə arvadını döyüb öldürdü - Bakıdakı qətlin təfərrüatı - FOTO

 

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Namiq Əkbərzadənin cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, Namiq Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə dindirilmiş Namiq Əkbərzadə ifadəsində bildirib ki, 2000-ci ildən Rusiyada ticarətlə məşğul olub. 2006-cı ildə Bakıda ev aldıqdan sonra Dilarə Hüseynova ilə ailə həyatı qurub. Rusiyaya qayıdıb orada yaşayıblar. Nigahdan 2 uşaqları dünyaya gəlib. 

Son illərdə Dilarənin hərəkətləri onu qıcıqlandırıb. Hətta sonuncunun ona xəyanət etdiyini düşünüb. Hadisədən 1 il əvvəl onlar Bakıya qayıdıblar. Azərbaycandan çıxışına qadağa qoyulduğu üçün bir daha Rusiyaya gedə bilməyib və Bakıda olduğu müddətdə heç yerdə işləməyib. Qardaşı onun Rusiyada olan mağazasını işlədərək kartına pul köçürüb oda həmin pul hesabına dolanıb.

Namiq Əkbərzadə bildirib ki, Dilarə ilə mübahisə zamanı bir-birilərini söysələrdə ona heç vaxt əl qaldırmayıb. 

Oktyabrın 23-də qayınanası onlarda olarkən arvadı qəflətən uşaqlardan birinin ondan olmadığını deyib və gülməyə başlayıb. Dilarənin bu sözü ona həddindən artıq pis təsir edib. Yoldaşının hərəkətlərindən əsəbləşdiyi üçün onu cəzalandırmaq istəyib. 

Həmin gün saat 23:00 radələrində uşaqlar yatıblar. Adətən gec yatdığı üçün Dilarə onun nəsə edəcəyindən şübhələnməyib. Gecə saat 3-də həyətdən taxta parçasını götürüb evin giriş qapısının arxasına qoyub və divanda uzanıb televizora baxıb. 

Namiq Əkbəradə ifadəsinin davamında bildirib ki, təxminən saat yarımdan sonra taxtanı götürüb yataq otağına keçib. İşığı yandırıb Dilarənin üstünə qışqıraraq onu yuxudan oyadıb. Yoldaşından nə səbəbə görə anasının yanında uşaqla bağlı belə bir söz dediyini soruşanda qadın kobud cavab qaytarıb. Buzaman əlindəki taxta ilə Dilarəyə bir zərbə endirib. Vurduğu ikinci zərbədən sonra arvadının başı partlayaraq ətrafa qan sıçramağa başlayıb və o, arxası üstə çarpayıda hərəkətsiz vəziyyətdə qalıb. Qadının öldüyünü zənn edərək taxta parçasını onun üstünə tullayıb otağın işığını söndürüb. Uşaqlara baxıb onların yatdığını gördükdən sonra evdən çıxıb polis idarəsinə gedərək törətdiyi cinayəti etiraf edib. 

Məhkəmə prosesində Namiq Əkbərzadə ittiham üzrə özünü təqsirli bilərək qeyd edib ki, törətdiyi əməl nəticəsində ən ağır zərbə əslində onun özünə dəyib. İki azyaşlı övladı valideynsiz qalıb.

Məhkəmə hesab edib ki, təqsirlənsdirilən şəxsin əməli qəsdən qəsdən törədilib. O, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdı.

Sonda Məhkəmənin hökmü ilə Namiq Əkbərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Natiq

0.14305090904236