Qadın sahibkarlığının kişi sahibkarlığından geri qalmasının səbəbləri

 

“Azərbaycanda qadın sahibkarlığı kişi sahibkarlığından geridə qalır. Bunun da müəyyən səbəbləri var”.

Demokratikmusavat.com  "Report"a istinadla xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova parlamentdə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, biznes mühitində qadın və kişilər eyni problemlə rastlaşırlar:

“Xüsusilə də maliyyə resurslarına çıxış məsələsində. Lakin qadınlarla bağlı xüsusi tədbirlərə ehtiyac var. Çünki kişilərlə qadınların maliyyə imkanları bərabər deyil. Bu baxımdan real olaraq bərabər imkanların olması vacibdir”.

“Qadınların iqtisadi müstəqilliyi gücləndirilməlidir ki, onlar həssas qrupa düşməyə məruz qalmasınlar. Bu baxımdan dünya ölkələri qadın sahibkarlığının dəstəklənməsi ilə bağlı xüsusi tədbirlər həyata keçirirlər. Ölkə qanunvericiliyində qadın və kişi sahibkarları üçün bərabər imkanların olduğu bildirilir. Lakin bu sahədə beynəlxalq təşkilatların çağırışları və reallıqlar da nəzərə alınmalıdır” - şöbə müdiri əlavə edib.

0.1332540512085