Rusiyanın atdığı raketlərdən biri bu ölkəyə düşdü

 

Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldova ərazisinə düşüb.

APA xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat yayıb.

Bildirilib ki, Moldova sərhəd polisi Ukrayna ilə sərhəddə yerləşən Briçeni şəhəri yaxınlığında raket aşkarlayıb. Partlayıcı obyekt bu gün Rusiya tərəfindən Ukrayna ərazisinə intensiv bombardmandan sonra aşkar edilib. Raketin aşkar edildiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Sərhəd polisi Briçeni və Ocnita ərazisində patrul fəaliyyətini gücləndirib.

0.15349388122559